Narkotik vasitələrdən imtina et, həyatına dəyər ver!

Daxili İşlər Nazirliyi tərəfindən antinarkotik təbliğatın gücləndirilməsi istiqamətində - Narkotik vasitələrə birlikdə “yox” deyək! Narkotik vasitələrdən imtina et, həyatına dəyər ver! - devizləri altında növbəti sosial çarx hazırlanıb.

Musavat.com xəbər verir ki, DİN hər kəsi narkotik vasitələrin yayılmasına qarşı polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan mübarizəyə dəstək verməyə, bu işdə vətəndaş mövqeyini ortaya qoymağa çağırır.

06.09.2022 13:05
373