Narkotik tacirləri patrul gəmisini vurdu - Ölənlər var

İspaniyanın Mülki Qvardiyasının iki üzvü Atlantik okeanın sahillərində patrul gəmisinin narkotik alverçiləri tərəfindən vurulması nəticəsində həlak olub.

Bu barədə qvardiyanın “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Bu gün vəzifə borcunu yerinə yetirərkən qəflətən Barbate limanında narkotik daşıyan gəminin atəşi nəticəsində həlak olan həmkarlarımızla acı vida”, - deyə paylaşımda qeyd olunub.//Oxu.az

10.02.2024 21:25
569