Bakıda narkotik aludəçisi olan daha bir qadın düşdüyü acınacaqlı vəziyyətdən danışıb.
Yeniyetmə yaşlarından dərman qaəbul etdiyini etiraf edən Elnarə 17 yaşında ərə getdikdən sonra bunu tərgizdiyini deyib.
Nail Kəmərlinin yutub kanalına danışan Enya adı ilə tanınan qadın ilk dəfə əri tərəfindən ona "patı" təklif edildiyini bildirib.
Keçmiş ərinin təklifinə müsbət cavab verdiyini deyən qadın 8 ildir narkotik maddə aludəçisi olduğunu dilə gətirib.
Düşdüyü yolu və narkotik istifadəsini pisləyən Elnarə bəladan qurtulmaq istəyini də vurğulayıb.