Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları birlikdə rusiyalı diplomata qarşı təxribatın qarşısını alıblar.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Bakıda jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin açıqlayıb.
O bildirib ki, son vaxtlar xaricdə olan Rusiya və Azərbaycan qurumlarına və vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirlər:
“Nümunə olaraq deyə bilərəm ki, nisbətən bu yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyləri ilə biz amerikalıların rus diplomatlarından birinə qarşı təxribat xarakterli təhlükəsini aradan qaldıra bildik”.
Musavat.com