Diyarbəkirdə 8 yaşlı Narin Güranın cansız cəsədini dərədə gizlətdiyini etiraf edən və həbs edilən Nevzat B. Sülh Cəza Məhkəməsində verdiyi ifadəsində sentyabrın 2-də həbs edilən əmisi Səlim Güranın onu hədələdiyini deyib.
Musavat.com xəbər verir ki, Nevzat B. Səlim Gürandan qorxduğum üçün səhv ifadə verdiyini bildirib.
"O mənə dedi ki, Arifin qızını öldürüb, mən uşağın meyitini gizlətməliyəm. Bunu etməsəm, məni və ailəmi də öldürəcək. Yadımdadır, Narinin cəsədini dərənin kənarına qoyanda üzərinə daş qoymuşdum. Mən Səlim Gürandan qorxduğum üçün əvvəllər açıqlamamda bu vəziyyəti qeyd etməmişdim",-deyə Nevzat B. bildirib.
Şübhəli şəxs bildirib ki, o, muxtar Səlim Güranla Narinin cəsədini hadisə baş verən gün şəxsi avtomobilinə qoyub:
"Axtarış tədbirləri zamanı Səlim və onunla birlikdə jandarma əməkdaşları anamın həyətindəki köhnə quyuya baxmağa gəldilər. Narinin cənazəsini dəfn etdikdən sonra ilk dəfə Səlimlə burada üz-üzə gəldik. Yanımızda jandarm işçisi olduğu üçün məndən heç nə soruşmadı. Bundan sonra Narinin qohumlarından heç biri məndən Narinin meyiti ilə bağlı heç nə soruşmadı".
Xatırladaq ki, avqustun 21-də itən 8 yaşlı Narin Güranın meyiti sentyabrın 8-də dərədə tapılıb. Azyaşlının əmisi Səlim Güran cinayətlə bağlı nəzarətə götürülərək həbs edilib.Onun vəkili iddiadan çəkildiyini açıqlayıb.
Şahanə Rəhimli
Musavat.com