Narin cinayəti "Arka Sokaklar"da

Türkiyənin "D Kanalı"nda yayımlanan məşhur "Arka Sokaklar" serialının bu gün yayımlanan yeni bölümündə Narin cinayəti və Türkiyədə itkin düşmüş, sonradan öldürülən uşaqlardan bəhs edib.

BAKU.WS xəbər verir ki, bu bölüm özəl olaraq Türkiyədə öldürülən azyaşlılarda, uşaqlardan və kimsəsiz insanların qətlindən bəhs edəcək.

Serialın bu bölümündə xüsusi olaraq Diyarbəkirdə 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Gürana həsr ediləcək.

Arka Sokaklar Rıza Babası Zəfər Ergin, cəmiyyətin itkin düşmüş uşaqlara görə son zamanlar böyük üzüntü yaşadığını ifadə edib:


"Biz bu serilada itirilmiş uşaqlarımızı göstərməyə çalışırıq. Əslində ağrımızı göstəririk. Biz çəkməyə davam edəcəyik ki, küçələrin problemləri arxada qalmasın".

Serialın simvollarından olan "Məsud Komisar"ı canlandıran Şevket Çoruh isə bunları deyib:

"Vətəni qorumaq uşaqları qorumaqdan başlayır. Türkiyə illərdir Milli Suverenlik və Uşaq Bayramını qeyd edir. Mustafa Kamal Atatürk Türk Millətinə deyib ki, "Uşaqları qorumalıyıq, onlar bizim gələcəyimizdir". Bu hadisələrin "Arka Sokaklar" kimi gündəmi izləyən serialda olması bizim üçün çox önəmlidir. Epizod çəkilişi zamanı ürəyimiz ağrıdı".

Serialın önəmli personajlarından "Hüsnü Çoban" rolunu canlandıran Özgür Ozan serialın uğurunu indiki gündəmi izləmə qabiliyyətinə bağlayıb.

19.10.2024 00:59
696