Nanə Ağamalıyeva bu verilişdə aparıcılıq edəcək

Tanınmış aparıcı Nanə Ağamalıyeva Azad Azərbaycan televiziyasında yeni mövsümdə "7 tamam" verilişinə aparıcılıq edəcək.

Veriliş həftə içi beş gün saat 19:00-da efirdə yayımlanacaq.

Qeyd edək ki, Nanə Ağamalıyeva “7 tamam” verilişi ilə yanaşı "Nanəli” verilişinin də aparıcısıdır. "7 tamam" verilişi hazırda Xəzər TV-də fəaliyyətinə davam edən Vüsalə Əlizadənin ATV-də aparıcısı olduğu "7 canlı" verilişinin formatındadır./Teleqraf.com

02.10.2023 19:43
3539