Meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə gündəmə gəlib.
Jurnalist Pərviz Hüseynin “Pərvizlə” layihəsinə qonaq olan sənətçi şəxsi həyatı və karyerasından danışıb.
Meyxanaçı bu günə qədər zəngin sənət yolu keçdiyini bildirib:
“Sənət yolu çox zəngindir. Səbəb odur ki, mən ali təhsilli deyiləm. Mənim dəsti-xəttim o olmayıb ki, yetişib incəsənətə gəlim. Ağıla gəlməyən uğurlar qazanmışam. Bir meyxanaçı olaraq stadionda konsert vermişəm. Kremlə qədər gedib çıxmışam. Ölkədən kənarda da tanınmışam. Bunlar heç kimin ağlına gəlməzdi.
“Rəvayət”dən sonra məni Türkmənistan, Özbəkistan, Qazaxıstanda tanıdılar. Mən Azərbaycandan kənarda olan müğənnilərdən Tarkanla səhnə bölüşmüşəm. Maddi tərəfini götürsək, Qaraçuxurdan çıxan kasıb bir oğlan olmuşam, oliqarxlarla oturub durmuşam”.