Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirildi - VİDEO

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəxanaya yerləşdirilib.

Bu haqda o özü məlumat yayıb. Məna xəstəxana otağından video yayımlayaraq yazıb: "Növbəti açılan yara, həyat davam etmək istəyir".

O, daha sonra yazılan şərhlərə "İnşallah, hər şey yaxşı olacaq. Haqqınızı halal edin" cavabını verib.

Qeyd edək ki, N.Məna bir müddət əvvəl oğlunun beynində xoşxassəli şiş aşkarlandığını demişdi./axşam.az

18.03.2024 10:35
1506