Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində yük maşını namaz qılan izdihamın üstündən keçib.
Musavat.com xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Qeyd olunub ki, əyləcləri sıradan çıxan yük maşını cənazə namazına qatılan insanların üstündən keçib.
Kahramanmaraş valisi Mükerrem Ünlüerin sözlərinə görə, qəzada 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Musavat.com