Namaz vaxtı məscidə partlayıcı atdı - ŞOK VİDEO

Türkiyənin Elazığ şəhərində namaz vaxtı məscidə iki partlayıcı atılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə Elazığın mərkəzində, Mustafapaşa məhəlləsində yerləşən Kışla məscidində baş verib.

Partlayış anında məsciddə namaz qılanlar böyük panikaya düşüb. Bəzi vətəndaşlar namazı yarımçıq qoyaraq yanan xalını su ilə söndürməyə çalışıb. Hadisədən sonra çölə çıxan bir qrup insan qaçan şübhəlini izləsə də, onu yaxalamaq mümkün olmayıb.

Araşdırmalar nəticəsində şübhəlinin məscidə hücum etdikdən sonra başqa bir şəxsin evinə də partlayıcı atdığı müəyyən edilib.

Musavat.com

29.01.2025 18:18
1567