Naina Yeltsina xəstəxanaya yerləşdirildi

Rusiya Federasiyasının ilk prezidenti olmuş Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina təcili xəstəxanaya yerləşdirilib. 

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat verib.

Bildirilir ki, 91 yaşlı Naina Yeltsina hazırda həkimlərin nəzarətindədir, lakin vəziyyəti ilə bağlı təfərrüat açıqlanmır.

12.12.2023 16:04
1049