Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb - FOTO

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb.

Axsam.az-ın əldə etdiyi məlumata görə, aktrisa uzun müddətdir müalicə alır. Allahverdiyeva bu yaxınlarda müayinə üçün Türkiyəyə yollanıb.

Məsələ ilə bağlı açıqlama verən aktrisa durumunun yaxşı olmadığını deyib:

“Ağrılardan bezmişəm. Əsəblərim korlanıb. Hər gün ağrıkəsici ilə yaşamaq çətindir. 10 il əvvəl yıxılmışdım və ayağım zədələnmişdi. Üstünə gec düşdüm, burada isə həkimlər yalandan müalicə edib. O vaxtdan diz qapağımda ağrı var. Gördüm ki, dərman atmaqdan mədəmdə xəstəlik əmələ gəlib. Bu yaxınlarda Türkiyəyə müayinəyə getdim. Həkim dedi ki, bu dərmanları yalandan niyə atırsan? Bunun sənə heç bir xeyri yoxdur, əksinə ziyandır. Dedilər ki, problem bud hissədə olsaydı, əməliyyatla aradan qaldıra bilərdik. Dizdə olduğu üçün mümkün deyil. Tək çarəsi ayağım dondurulmalıdır. Bu isə əlillik deməkdir. Buna heç vaxt razılaşmaram. İndi çarə axtarıram. Gəldim Bakıya, yenə həkimə getdim və dərmanlar yazdılar. Ağrıkəsicilərlə yaşayıram, əsəblərim pozulub. Bütün çarələrə əl atdım, amma düzəlmir”.

11.09.2023 18:00
781