Azərbaycanlı müğənni Nahidə Babaşlı 2 illik həyat yoldaşı Serkan Küçükceylandan boşanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, cütlük 10 dəqiqədə qarşılıqlı razılıq əsasında ayrılıb və bir-birindən təzminat, aliment tələb etməyib.
İddialara görə, cütlük arasında anlaşmazlıq başlayanda Serkan Küçükceylan boşanma ərizəsi ilə Ailə Məhkəməsinə müraciət edib.
Məlumat üçün bildirək ki, 2 il əvvəl müğənninin evlənməsi ilə bağlı xəbərlər yayılsa da, Nahidə Babaşlı xəbəri təkzib etmiş və Serkan Küçükceylanla sadəcə dost olduqlarını bildirmişdi. (Publika.az)