Naftalanda kişi həyat yoldaşını döyərək ağır xəsarətlər yetirib

Naftalan şəhərində kişi gənc həyat yoldaşını döyərək ağır xəsarətlər yetirib.

“Report”un Qərb bürosunun məlumatına görə, Naftalan şəhər sakini, 1991-ci il təvəllüdlü A. Bayramova döyülərək, üz və digər nahiyələrindən müxtəlif xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxsin isə həyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

24.02.2023 02:14
517