Naftalan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO/VİDEO

Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları yetişdirən Hikmət Məmişov və Natiq Qocayev saxlanılıblar.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, baxış zamanı onlardan aqrotexniki qaydada yetişdirdikləri 42 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

22.07.2024 13:17
837