Nadirin dedikləri studiyadakıları göz yaşlarına boğdu – “Pulum olmadı ki...”

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, proqram zamanı anasından danışan sənətçi göz yaşlarını saxlaya bilməyib. O, imkansızlıqdan anasının istədiyi dərmanı ala bilmədiyini qeyd edib:

"Anam xəstə idi. O zamanlar da efirdən bir dərmanı reklam edirdilər. Həmin ərəfədə kanallar da az idi. Bir gün anam mənə dedi ki, "Bu dərmanı mənim üçün al, sağalacağam". Amma imkanım çatmadı ki, anama o dərmanı alım".

Göz yaşlarına qərq olan Nadir bu sözlərdən sonra studiyanı tərk edib.

Həmin görüntüləri təqdim edirik:

23.06.2024 19:01
1219