"Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli görünüşündə dəyişiklik edib.
İfaçı illər sonra saqqalını kəsdirib. Yeni halını sosial şəbəkədə paylaşan müğənni bunları yazıb:
"Çox suallar gəldi ki, saqqalını kəsmisən? O videodakı sənsən? Niyə kəsmisən? Cavabı paylaşmaq istədim. Hə, dostlar! Saqqalımı kəsmişəm, illər sonra üzümü gördüm, niyəsini isə biləcəksiniz. Amma bunu etməyimə dəyəcək, əmin ola bilərsiniz". (Axşam.az)