“Anam xəstə idi. Efirdən bir dərman reklam edirdilər. Mənə dedi ki, o dərmanı mənə al, sağalacam. Amma mən o dərmanı ala bilmədim, çünki buna imkanım çatmırdı”.
Musavat.com bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində deyib. Müğənni daha sonra hislərinə hakim ola bilməyib, hönkürərək, göz yaşları töküb.
Xatırladaq ki, Nadir Qafarzadənin anası 2000-ci ildə vəfat edib.
Xalidə Gəray
Musavat.com