Nabranda istirahət mərkəzində yanğın olub

Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

19.06.2022 14:07
586