Nabranda ağır QƏZA: Ölən və xəsarət alan var

Xaçmaz rayonunun Nabran kəndində yol-nəqliyyat hadisəsi olub.

Musavat.com "Report"a stinadən xəbər verir ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Hüseynzadə Səxavət Gülümbala oğlu ölüb, 1962-ci il təvəllüdlü Xuruci Hacıbaba Mürşüd oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20.08.2023 15:00
1592