Muxtar Babayev danışıqların taleyindən narahat olanlara CAVAB VERDİ 

"COP29 Prezidentliyinin hədəflərə nail olmaq üçün niyyəti ciddidir. COP29 çərçivəsində bu gün qeyri-bazar yanaşmalarına dair 6.8-ci maddə qəbul edilib".

Musavat.com xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev bu gün keçirilən mətbuat konfransında bildirib.

O əlavə edib ki, ötən həftə texniki konsultativ məsələlərlə bağlı danışıqlar aparılıb.

"Bununla yanaşı, proses sürətləndirməli və qərara gəlinməlidir. Danışıqların taleyindən narahat olanlar var. Mən də tərəflərin mövqeyinin yaxınlaşmamasından narahatam. Artıq sürətli addımlar atılmalıdır", - deyə Muxtar Babayev qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

18.11.2024 16:50
511