Müxalifətçi deputatı DÖYÜLDÜ və HƏBS EDİLDİ - Qırmızı beretlilər Badalyanı SÜRÜDÜ

İrəvanda keçirilən itaətsizlik aksiyasında ruspərəst bloger Mika Badalyan həbs edilib.

Bu barədə Teleqram kanallarında görüntü paylaşılıb. Ermənistan polisi “Ermənistan” müxalifət fraksiyasının üzvü Aşot Simonyanı zor tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə müxalifətin “Srbazan paykar” (“Müqəddəs mübarizə”) rəsmi Telegram kanalında məlumat verilib.

“Qırmızı berelilər deputat Aşot Simonyana hücum edib, döyüblər və sonra onu saxlayıblar”, - məlumatda deyilir.

Müxalifət xüsusi təyinatlıların konkret sifariş əsasında hərəkət etdiyini iddia edir.

Ermənistan qanunvericiliyinə görə, parlament üzvləri parlamentin toxunulmazlığına malikdirlər.

Mayın 27-də səhər saatlarından başlayaraq Ermənistanın hər yerində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

Bildirilib ki, etirazların təşəbbüskarı olan “Vətən adına Tavuş” Ermənistan müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan öz tərəfdarlarını mayın 27-dən kütləvi itaətsizlik nümayişlərinə başlamağa çağırıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

27.05.2024 13:28
864