Müxalif lider AŞPA nümayəndə heyətimizin radikal addımını dəstəklədi

Musavat.com xəbər verir ki, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) addımını dəstəkləyəyən bəyanatla çıxış edib. 

Pənah Hüseyn hesab edir ki, Azərbaycan nümayəndə heyətinin dözülməz mühit səbəbindən AŞPA ilə əməkdaşlığı dayandırması və binadan ayrılması doğru addımdır. 

Pənah Hüseynin dəstək açıqlaması aşağıdakı fikirlərlə tamamlanır: "Azərbaycanda əsas insan hüquq və azadlıqları,  o cümlədən siyasi məhbuslarla, ifadə, sərbəst toplaşma, birləşmə  və söz azadlığl ilə bağlı  problemlərin olduğunu qeyd edərək və  bu problemlərin həllini, o sırada demokratik seçki islahatının keçirilməsini zəruri   sayaraq və tələb edərək eyni zamanda  bu məsələlərlə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış münaqişənin Ermənistanın xeyrinə uyğun şəkildə  birləşdirmə və dəyərləndirmə cəhdlərini qəbuledilməz hesab edirəm və bununla əlaqədar  Azərbaycan nümayəndə heyətinin AŞ PA- da fəaliyyətlərini dayandırmaq haqqında qərarını doğru sayıram və müdafiə edirəm". 

 

Musavat.com

24.01.2024 22:56
2026