Müttəfiqlər razılaşdıqda NATO Ukraynanı alyansa dəvət edə biləcək

Bütün müttəfiqlər razılaşdıqda və bunun üçün lazımi şərtlər yerinə yetirildikdə, NATO Ukraynanı alyansa qoşulmağa dəvət edə biləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO sammitinin yekun bəyannaməsində deyilir.

“Biz Vilnüs sammitindən sonra (2023-cü ildə) Ukraynanın əldə etdiyi konkret irəliləyişi alqışlayırıq. Ukrayna bu həyati vacib işi davam etdirdikcə, biz onu tam Avro-Atlantik inteqrasiyaya, o cümlədən NATO-ya üzvlük yolunda dönməz şəkildə dəstəkləməyə davam edəcəyik”, - sənəddə qeyd olunur.

“Biz təsdiq edirik ki, müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynanı alyansa qoşulmağa dəvət etmək iqtidarında olacağıq”.

Musavat.com

11.07.2024 11:25
577