Müstəqil Azərbaycan tarixində İLK DƏFƏ - Xankəndidən GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Musavat.com xəbər verir ki, ərazi bütövlüyünü bərpa etmiş, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq Xankəndidə seçki məntəqələri yaradılıb, səsvermə başlayıb. Hazırda bu şəhərdə seçki fəallığı müşahidə olunur və proses tamamilə şəffaf keçirilir.

Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri məhz Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Musavat.com Xankəndidən yayılan görüntüləri təqdim edir:

07.02.2024 15:33
2087