Murovdağ tunelinin tikintisinin bitmə vaxtı açıqlandı - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Murovdağ tunelinin tikintisinin başa çatacağı tarixi açıqlayıb.

Qurum rəsmisi tunelin tikintisinin 2025-ci ildə bitəcəyini bildirib:

“Ən uzun tunelimiz Murovdağ tunelidir. Onun tikintisi 2025-ci ilin may ayına qədər başa çatacaq”.

20.01.2024 22:56
1583