Murad tamaşa zamanı xəsarət aldı - VİDEO

Aktyor Murad İsmayılın başına iş gəlib.

Sənətçi "İblis" tamaşası üçün Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb. 

Oyun zamanı onun ayağı zədələnib. Murad tamaşanı yarımçıq tərk etməyərək, oyuna davam edib. O səhnədə axsaya-axsaya hərəkət edib. 

Həmin görüntüləri tamaşaçılar sosial şəbəkədə paylaşıblar.(axşam.az )

03.02.2025 10:53
933