“Xəzər Media Mərkəzi”nin rəhbəri, Xalq artisti Murad Dadaşov paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
“Paddinqton Peruda” adlı animasiya filminin franqmentini instaqram səhifəsində yayımlayan M.Dadaşov bildirib ki, “Paddinqton” qəhramanını doğma dilimizdə səsləndirib.
“Əziz balalar və onların valideynləri! Böyük sevinc hissi ilə xəbər etmək istəyərdim ki, dünya şöhrətli “Paddinqton” yeni filmlə böyük ekranlara gəlir. “Paddinqton Peruda” sevilən “Paddinqton”u doğma dildə səsləndirmək yenə də mənim payıma düşür. Film çox maraqlı və xoş əhval-ruhiyyəli alındı. Ən yaxın zamanda kinoteatrlarda sizə gözəl və rahat seyr etmək arzusu ilə...”, - deyə Murad Dadaşov vurğulayıb. (olay)