Murad Arif üçüncü solo konsertə hazırlaşır  

Azərbaycanda hit mahnıların bəstəkarı və ifaçısı Murad Arifin Heydər Əliyev Sarayında üçüncü solo konserti baş tutacaq.

Musavat.com xəbər verir ki, "3:0" adlanan gecə sentyabrın 30-u keçiriləcək.

Sənətçi hit mahnıları, sevilən duetlərini ifa edərək yeni bir şouya imza atacaq.

“Heydər Əliyev Sarayında Murad Arifin ÜÇÜNCÜ solo-konserti baş tutacaq!
Şahidlər yaxşı bilir ki, Murad Arif konsertləri necə böyük şou və musiqi hadisəsidir...

Bu dəfə konsert "3:0" adlanır! Bu üçqat qələbə, üçqat həzz və üçqat enerji partlayışıdır!

30 Sentyabr! Bu tarixi qeyd edin”-, deyə hitmaker bildirib.

Könül
Musavat.com

19.06.2025 15:42
548