Türkiyənin Avropa İttifaqına (Aİ) qəbul olunmaması faciədir.
"Report" xəbər verir ki, bunu Münxen Təhlükəsizik Konfransı fondunun prezidenti Volfqanq İsincer (Wolfgang Ischinger) XI Qlobal Bakı Forumu çərçivəsində “Regional Perspektivlər: Aİ və Qonşuları” mövzusunda panel müzakirələrində deyib.
O bildirib ki, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı işlər davam etdirilməlidir: "Bu məsələ təkcə Ukrayna yox, həm də Türkiyə üçün vacibdir".