Məlum olduğu kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı PUA zərbəsi tətbiq edilib. Azərbaycan XİN açıqlamasında Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət daşdığını, eləcə də Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcəyini bildirib.
Maraqlıdır, paytaxt sakinləri Üçüncü Qarabağ müharibəsinin ola biləcəyini düşünürlərmi?
Daha ətraflı videosorğuda izləyə bilərsiniz:
Dürrə Həsənova,
Sadiq Məmmədov,
Rafət Şahbazov,
Musavat.com