Bakıda mühafizəçinin məktəblini döyməsi ilə bağlı bəzi detallar məlum olub.
Belə ki, Bakı şəhəri 189 nömrəli tam orta məktəbin direktoru Fəyaz Hüseynov bildirib ki, texniki işçi işdən azad olunub:
"İki ildir bizim məktəbdə çalışırdı. İyun ayının 7-də, birinci növbənin dərsləri bitdikdən sonra şagirdlər evə gediblər. Bir şagirdimiz də pəncərədən düşmək qərarına gəlib. Məktəbin işçisi də bunu görərək ona iradını bildirib".
Ətraflı "Xəzər Xəbər"in süjetində: