Müğənni Mehin Hümbətova mənfi şərhlərə münasibət bildirib.
O, video yayımlayaq Elgiz Əkbərində qarşılaşdığı sualar və bundan sonra sosial şəbəkədə barəsindəki rəyləri haqsız sayıb:
“Bu yaxınlarda Elgiz Əkbərin verilişində qonaq oldum. Mənə atamla bağlı sual ünvanlandı, dedim ki, bəli, atam Birinci Qarabağ müharibəsində şəhid olub. Bunu xoş emosiyalarla, gülümsəyərək dedim. Mən qürur hissi ilə gülümsəyirdim. Fəxr edirəm ki, atam və onun kimi oğulların sayəsində azad torpaqlarımızda gəzirik.
Daha sonra şərhlər yazılıb ki, atası haqda gülümsəyərək danışır. Biri yazır ki, geyiminə baxıb, bu cür ataya yaraşmadan geyinib-filan. Mən heç vaxt səhnəyə də, efirə də əndazəmi aşaraq çıxmamışam. Səhnə və efir nəyi tələb edirsə, ona uyğun geyinmişəm.
Hamımız eyni ölkənin vətəndaşlarıyıq, eyni qanı daşıyırıq. Gəlin, bir-birimizlə empatiya quraq və səhnə insanlarını digər insanlardan fərqləndirməyi bacaraq”./Yenisabah.az