Müğənni izləndiyi ilə bağlı görüntülər yaydı: "Əlində nəsə olur və gizlədir" - VİDEO

Müğənni Sevda Sanaliyeva bir kişinin uzun müddətdir ki, onu izlədiyini deyib.

Musavat.com xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

“Qapımda manyak yatır. Eyvana çıxa bilmirəm, bloka girə bilmirəm. Qaranlıq tərəfdən çıxıb məni qorxudur. Bu maşınla hər gün buradadır, gecə-gündüz məni izləyir. Anormal insanlar kimi hərəkətlər edir. İşdən evə qayıdanda məni qorxuzdu, qışqırdım. Dayanmadan qapımı döyür, zəngi basır”, - müğənni qeyd edib.

Sənətçi həmin adamı, yaşadığı yeri, hətta onun atasını da tanıdığını deyib:

“Çox təhlükəli insandır. Sadəcə səbir etməyə çalışdım. Həm də belə mövzu ilə gündəmə gəlməyə utandım, amma məcburam. Buradan deyirəm, əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır. Dəfələrlə 102-yə şikayət etmişəm, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət etmişəm.

Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir, amma bilmirəm ki, buna vaxtım var, ya yox. Qərar çıxana qədər, bəlkə də, mən olmayacağam. Dünən yaxşı qutardım, amma bu gün nə olacaq bilmirəm.

Azərbaycan polisinə güvənmək istəyirəm. Bilirəm ki, həmin şəxs məni izləyir. Ona deyirəm ki, bir də yaşadığım binanın ətrafına gəlsən, arxamca düşsən, övladlarıma yaxın gəlib onları danışdırmağa çalışsan, üzünü göstərəcəyəm və adını, soyadını da deyəcəyəm.

Videoda da əlində nəsə var idi, arxasında gizlədirdi. Sabah nə edəcək mən bilmirəm, çox narahatam. O insanın məni təhdid etməsi ilə bağlı səsli mesajları var. Lazım olsarsa, onları da yayımlayacağam. İnşallah ki, ehtiyac qalmaz. Əgər onun başqa şəxslərə də ziyanı dəyibsə, mənim instaqram hesabıma yazsınlar”.

Şahanə Rəhimli
Musavat.com

20.08.2024 01:38
1784