Müəmmalı QƏTL: Evdən 9 meyit tapıldı

Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində evdə ikisi uşaq olmaqla, 9 şəxsin meyiti aşkar edilib.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

ASTRA nəşri isə yerli sakinlərə, ölənlərin qonşularına və qohumlarına istinadən xəbər verir ki, qətli rusiyalı hərbçi törədib:

"Qətl Rusiya Silahlı Qüvvələrinin hərbçisi tərəfindən törədilib. Nataşanın əri ilə nəsə problemi var idi. Yuxarı dairədən dərhal gəldilər və hər şeyi gizlətməyə başladılar, qonşulara susmağı söyləyiblər". (Axar.az)

29.10.2023 19:49
1932