Əməkdar artist Rafael İsgəndərov müəllimi, mərhum Xalq artisti Fuad Poladovdan söz açıb.
Bu barədə o, “İzzət şou”da danışıb və universitet illərindən sonrakı görüşünü belə xatırlayıb:
“Xalq artisti Fuad Poladovla təbələri arasında həmişə dəmir pərdə olub. Ona bir söz deməyə çəkinmişik. İllər keçdi, 2008-ci ildə Fəvvarələr meydanında görüşdük. O, Səməd Vurğun adına Akademik Rus Dram teatrından çıxırdı. 1995-ci ildə mən universiteti bitirəndən sonra sənət yolumuz ayrılmışdı.
Boyum kiçik, Fuad Poladov isə ucaboy. Üzümə dedi ki, insan tanınandan sonra müəllimini yaddan çıxardar? Məni öz tamaşalarına niyə çağırmırsan?”/olay