Türkiyənin Antalya şəhərində çalışdığı ibtidai məktəbdə şagirdlərə qarşı cinsi istismar ittihamı ilə müəllim Mahmut K.-ya 636 il həbs cəzası verilib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 6 ildir davam edən məhkəmə prosesində sözügedən şəxsin 27 şagirdi cinsi istismara məruz qoyduğu təsdiqlənib. Beləliklə, onun müəllimlik fəaliyyəti ləğv edilib.
Baş verənlərlə bağlı Mahmut K.-nın işlədiyi məktəbin direktoru, 2 müdir müavini və ərazinin təhsil müdirinə qarşı "dövlət orqanlarına vaxtında məlumat verməmək", eləcə də "yalan şahidlik" ittihamı ilə iddia qaldırılıb.
Musavat.com