ABŞ-da ibtidai sinif müəllimi "OnlyFans" platformasındakı hesabına görə işdən azad edilib.
Bu barədə "LADBible" yazır.
Mediada yayılan məlumata görə, işdən çıxarılan qadın müəllimin adı Raşel Dolezaldır. O, 2023-cü ilin avqustundan bu müəssisədə işləyir. Məktəb direktoru bildirib ki, işçinin çılpaq foto və videolarını sosial şəbəkələrdə satmasından xəbəri olmayıb.
Raşelin onlayn platformada hər birini min dollara satdığı 600-dən çox şəkli olub.//Lent.az