Azərbaycan hökuməti ölkənin müdafiəsi və milli təhlükəsizliyinin təmin olunmasına ayrılan vəsaitləri artırır.
Musavat.com xəbər verir ki, bu, dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən müdafiə və milli təhlükəsizlik xərclərinin 6 milyard 421 milyon manatdan 7 milyard 126,35 milyon manata çatdırılması nəzərdə tutulur. Bu, həmin xərclərin 705 milyon manatdan çox artırılması deməkdir.
Musavat.com