Müdafiə Nazirliyindən TƏCİLİ məlumat

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

12.05.2023 14:01
4057