Müdafiə Nazirliyi məlumat yaydı: Təcili yardım maşınına atəş açılması...

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - hərbi qurum diqqətə çatdırıb.

20.09.2023 06:48
1942