Müdafiə Nazirliyi daha bir təcili AÇIQLAMA YAYDI

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.

14.09.2022 15:04
5748