Müdafiə naziri açıqladı: Xankəndi yolu tam nəzarətimizdə! CANLI müzakirə...

Müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib. Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Yeni yolla tapşırıq onu deməyə əsas verir ki, sülhməramlı ilə bərabər bizim hərbçilər də dəhlizdə gediş-gəlişə nəzarət edəcəklər. Bu da Ermənistandan Xankəndi və ətraf ərazilərə gedib-gələn ermənilərin tam nəzarətimizdə olmasıdır.

Ermənilərin Zabuxdan çıxarılması ilə bağlı qondarma rejim isə arayışların verilməsini yubadır ki, evlərini yandırmasınlar. Erməni icmasının nümayəndəsi Muşeq Alaverdyan deyir ki, evini yandırmayanlara kompensasiya ilə yanaşı köç pulu də veriləcək.

Belə ki, 300 dollar birdəfəlik, iki ay isə dalbadal 170 dollar veriləcək. Həmçinin, ailə üzvləri bir nəfərdən çoxdursa, köç üçün 600 dollar, hər adama 170 dollar veriləcək. Bu köç pulu avqustun 11-dən verilməyə başlanıb.

Bu arada "Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində belə deyib.

Dövlət başçısı bildirib: "Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər.

Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq”.

Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi.

Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik".

TVMusavat-ın canlı efirində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı iləAĞ Partiya başqanının müavini Cavanşir Abbaslı Qarabağ və Ukrayna gündəmini müzakirə edirlər. Müzakirəyə izləyicilər də qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

13.08.2022 13:17
2601