Mövlud Çavuşoğludan Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı PAYLAŞIM - FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, nazir tvitterdə yazıb:

“Vəfatının 19-cu ildönümündə Can Azərbaycanın Ümummilli lideri, böyük dövlət adamı Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad edirəm. “Tək millət, iki dövlət” şüarının təməlində qardaşlığımız və birliyimiz davam edir”.

12.12.2022 17:08
325