"Mayın 10-da Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlikləri səviyyəsində toplantı keçiriləcəklər."
Musavat.com xəbər berir ki, bu haqda NTV-yə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu qeyd edib ki, tərəflər arasında təmaslar davam edir: “İranlı həmkarım Hüseyn Əmir Abdullahiyan Afrika turuna çıxıb. Lakin görüşdə onun müavinlərinin iştirak edib-etməyəcəyini dəqiq bilmirəm”.
Musavat.com