Mövlud Çavuşoğlu Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borel arasında görüş olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.

Diplomatlar regional məsələləri müzakirə ediblər.

12.03.2022 13:02
177