“Ukraynadakı müharibə beynəlxalq sistemdə ciddi dəyişikliklərə səbəb olub”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Rusiya ilə Qərb arasındakı mübarizə gedir: “Artıq “çirkli bomba” məsələsi gündəmə gəlib”.
M.Çavuşoğlunun fikrincə, ABŞ üçün indi ən böyük təhdid Çindir: “Çin də öz növbəsində daha iddialı davranır”.
O, həmçinin Türkiyənin balanslı diplomatiyanı davam etdirdiyini vurğulayıb.