Motosikletçinin bu qəzadan sağ çıxması heyrət doğurub - VİDEO

Türkiyənin Afyonkarahisar şəhərində yol ayrıcında yük maşınının motosikletlə toqquşması ərazidə olan təhlükəsizlik kameralarına anbaan düşüb.

Nəticədə yük maşını motosikleti bir neçə metr sürüyərək yol kənarına atıb.

Qəza nəticəsində motosikletin sürücüsü ağır yaralansa da, ölməyib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.//Oxu.az

13.10.2023 03:26
1219