Motosiklet sürücüləri həbs edildi

Paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb.

DİN Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri - R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.

Musavat.com

20.08.2024 20:20
723